Kənd təsərrüfatı naziri Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

20 Oktyabr 2025 15:55 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 24-də saat 9-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarının sakinləri Tərtər DAİM-ə (077-299-11-59) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.