Sabah respublika üzrə oktyabr ayının pensiyaları tam ödənilərək yekunlaşdırılacaq

20 Oktyabr 2025 14:59 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sabah respublika üzrə oktyabr ayı üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə SİA-ya fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.