...Rusiya xarici kəşfiyyatının keçmiş zabiti, əvvəllər ABŞ-da gizli işləmiş Andrey Bezrukov Putinin ABŞ prezidenti Donald Trampla görüşmək üçün Budapeştə getməyə qərar verəcəyi təqdirdə ona qarşı “İngiltərənin sui-qəsd cəhdi” olacağını iddia edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Express yazır.
Bezrukov Rusiya televiziyasında Putinə "Budapeştə getməyin" deyə xəbərdarlıq edib.
O bildirib ki, britaniyalıların “tamamilə xain əməliyyatından” qaçmaq üçün görüşü Dubaya keçirmək lazımdır.
...Budapeştlə bağlı çox, çox ciddi narahatlığım var.
Bunu deyən Bezrukov Britaniya elitasını Putini sıradan çıxarmaq istəməkdə ittiham edib: “Onların bütün düşüncələri elə qurulub ki, Putin getsə, problemlər aradan qalxacaq... Rusiya dağılacaq”.
...Bezrukov iddia edir ki, Britaniya hakim elitası “gücünü itirir” və “hər şeyi riskə atır” və buna görə də Putin-Tramp görüşündən pərdə kimi istifadə edərək... “bizə hücuma” keçə bilər?
O, iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib. ...Təbliğatçı Vladimir Solovyov bu riskdən necə qaçmağın yollarını soruşub. Bezrukov “Burada gözəl ölkə var – Birləşmiş Ərəb Əmirlikləri” deyə o cavab verib.
Orada danışıqların aparılmasını təklif edib.
Solovyev qeyd edib ki, Putin “o qədər cəsurdur” ki, əslində Budapeştə gedə bilər.
Bezrukov belə cavab verib: "Bəzən igidlik ən vacib şey deyil. Ali Baş Komandan ölkəni təmsil edir və ölkənin mənafeyi bir nəfərin igidliyindən daha önəmlidir".
Qeyd edək ki, Putinin Macarıstana təklif etdiyi səfər onun Ukraynaya qarşı müharibə başlayandan bəri ilk səfəri olacaq. Budapeşt daha əvvəl Moskvaya söz vermişdi ki, Rusiya lideri haqqında Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına əməl etməyəcək.
Əli Babayev