Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qablaşdırmaya dair 12 yeni dövlət standartı qəbul edilib. AZSTAND-dan SİA-ya bildirilib ki, yeni standartlar aşağıdakılardır:
-AZS EN 13193:2025 “Qablaşdırma - Qablaşdırma və ətraf mühit - Terminologiya”;
-AZS EN 13427:2025 “Qablaşdırma - Qablaşdırma və qablaşdırma tullantıları sahəsində Avropa Standartlarının tətbiqinə dair tələblər”;
-AZS EN 13428:2025 “Qablaşdırma - İstehsal və tərkiblə bağlı xüsusi tələblər - Mənbələrin azaldılması yolu ilə qabaqlayıcı tədbirlər”;
-AZS EN 13431:2025 “Qablaşdırma – Enerjinin bərpası məqsədilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər, o cümlədən minimal istilik törətmə qabiliyyətinin müəyyən edilməsi”;
-AZS EN 13432:2025 “Qablaşdırma - Kompost hazırlanması və biodeqradasiya yolu ilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər – Qablaşdırmanın yekun məqbulluğu üçün sınaq sxemi və qiymətləndirmə meyarları”;
-AZS EN 13437:2025 “Qablaşdırma və materialın təkrar emalı - Təkrar emal üsullarına dair meyarlar - Təkrar emal proseslərinin təsviri və blok-sxemi”;
-AZS EN 13439:2025 “Qablaşdırma - Enerjnin bərpa olunma dərəcəsi - Tərif və hesablama üsulu”;
-AZS EN 13440:2025 “Qablaşdırma - Təkrar emal dərəcəsi - Tərif və hesablama üsulu”;
-AZS EN 14045:2025 “Qablaşdırma - Verilmiş kompostlama şərtlərində qablaşdırma materiallarının praktikada tətbiq edilməsi mümkün olan sınaqlar çərçivəsində parçalanmasının qiymətləndirilməsi”;
-AZS EN 14046:2025 “Qablaşdırma - Nəzarət edilən kompostlama şərtlərində qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin və parçalanmasının qiymətləndirilməsi - Ayrılan karbon qazının analizinə əsaslanan metod”;
-AZS EN 14047:2025 “Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Formalaşan karbon qazının analizinə əsaslanan metod”;
-AZS EN 14048:2025 “Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Qapalı respirometrdə oksigen tələbatının ölçülməsinə əsaslanan metod”.
Bu standartların tətbiqində əsas məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsi, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.
Qeyd edək ki, yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartları Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə Avropa Parlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC saylı “Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında” Direktivinin istinad standartlarının tərcüməsi əsasında işlənib hazırlanıb.