Dr.Ülviyyə Mahmudova konfransda iştirak edib - FOTO

20 Oktyabr 2025 14:30 (UTC+04:00)

18 oktyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Ürək Cərrahiyyəsi şöbəsinin perfuzioloqu Dr.Ülviyyə Mahmudova Özbəkistan Respublikasının Daşkənd şəhərində LivaNova şirkətinin təşkilatçılığı ilə perfuziologiya sahəsinə həsr olunmuş beynəlxalq “Mərkəzi Asiya regionu üzrə peşəkar inkişaf konfransı”nda iştirak edib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan gəlmiş aparıcı mütəxəssislər iştirak edərək perfuziologiya sahəsindəki yenilikləri, elmi məruzələrini və klinik təcrübələrini təqdim ediblər.

Konfrans çərçivəsində perfuziologiyanın inkişafı, xəstə təhlükəsizliyinin artırılması və müasir texnoloji yeniliklərin tətbiqi kimi mühüm mövzular müzakirə olunub.