Ümumdünya Statistika Günü ilə əlaqədar Dövlət Statistika Komitəsinin nümayəndələri bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, daha sonra Ümumdünya Statistika Günü münasibətilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilmiş statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi və mətbuat konfransı təşkil olunub.
Tədbirdə Dövlət Statistika Komitəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, olimpiada iştirakçıları, eləcə də media nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində statistik maarifləndirmənin əhəmiyyəti, gənclərin bu sahəyə marağının artırılması və dövlət statistikasının inkişafı istiqamətində görülən işlər müzakirə olunur.