Azərbaycanı dünya çempionatında təmsil edəcək taekvondoçular açıqlanıb

20 Oktyabr 2025 12:10 (UTC+04:00)

Çinin Uşi şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub. Azərbaycan Taekvondo Federasiyasından SİA-ya bildirilib ki, ölkəmizi mundialda 9 idmançı təmsil edəcək.

Kişilərin yarışında Bəhruz Quluzadə (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Təhməzov (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram), Taleh Süleymanov (80 kiloqram) və Eltac Qafarov (87 kiloqram) güclərini yoxlayacaqlar.

Qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kiloqram) və Səmərrux Osmanova (49 kiloqram) dayanq üzərinə çıxacaqlar.

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva isə yarışda ədalət təmsilçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, mundial oktyabrın 24–30-da təşkil olunacaq.