Tramp Çini seçim qarşısında qoyur..?

20 Oktyabr 2025 10:57 (UTC+04:00)

...ABŞ prezidenti Donald Tramp ticarət danışıqlarını bərpa etməzdən əvvəl Çinin əsas tələblərini açıqlayıb.

SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. “Air Force One” təyyarəsində danışan Tramp bir gün əvvəl bəyan etmişdi ki, o, Çinin strateji materiallar bazarındakı təsirindən təzyiq vasitəsi kimi istifadə etməyə imkan verməyəcək.

ABŞ prezidenti Çindən fentanil ixracını dayandırmağı, ABŞ soya paxlasının alışını bərpa etməyi və nadir torpaq metallarının tədarükü ilə manipulyasiyanı dayandırmağı tələb edir.

Yalnız bu şərtlər daxilində, Donald Trampın fikrincə, iki ölkə arasında ticarət danışıqlarını bərpa etmək mümkün olacaq. ABŞ prezidenti ayrıca fentanil və onun prekursorlarının ABŞ bazarına daxil olmasını dayandırmaq tələbini vurğulayaraq, Çini ABŞ-da opioid böhranına səbəb olan kimyəvi komponentlərin ixracına kifayət qədər nəzarət etməməkdə ittiham edib.

Əli Babayev