Abşeronda qəbiristanlıqda fəhlə işləyən 47 yaşlı kişini elektrik cərəyanı vurub. SİA-nın məlumatına görə, hadisə ötən gün rayonun Saray qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Mehdiyevi ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.