Zaqatalada 2 avtomobil toqquşub, xəsarət alanlar var

20 Oktyabr 2025 09:48 (UTC+04:00)

Yol-nəqliyyat hadisəsi Zaqatala-Balakən yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, 30 yaşlı Rəsul Corovun idarə etdiyi “Opel” və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi VAZ-21099 markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobilin sürücü və VAZ-da olan sərnişin, 4 yaşlı azyaşlı xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.