Gəncədə 25 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

20 Oktyabr 2025 09:27 (UTC+04:00)

Gəncədə 25 yaşlı gənc oğlanı bıçaqlayan şəxs tutulub. SİA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.