İrem Derici xəstəxanalıq oldu - Konsertini ləğv etdi

20 Oktyabr 2025 08:05 (UTC+04:00)

Məşhur türkiyəli müğənni İrem Derici xəstəxanalıq olub. SİA xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Müğənni səhhətindəki problemə görə, konsertini ləğv etməli olduğunu açıqlayıb: “Halsızlıq və şiddətli ishal səbəbilə günlərlə gözlədiyim Uşak konsertimi təxirə salmalı oldum. Həkim 5 günlük istirahət yazıb”. Xatırladaq ki, müğənnin adı keçən həftə İstanbul prokurorluğunun tanınmış simalarla bağlı başlatdığı “narkotik əməliyyatı”nda da hallamışdı. Saxlanıldığı gün nişan mərasimi planlaşdırılsa da, hadisələrə görə, məclis təxirə salınmışdı.