Səbinə izləyicisinin ona yazdığı mesajları yayımlayıb hədələdi - FOTO

20 Oktyabr 2025 08:40 (UTC+04:00)

Muğam ifaçısı Səbinə Ərəbli izləyicilərindən birinin ona yazdığı mesajları sosial şəbəkədə yayımlayıb. SİA xəbər verir ki, qadının yazdığı "Yaxşı adamın var, Səbinə. Sakit qız nə yaxşı dil açmısan? Necə tez o qədər irəli getdin? Bu yaşda Qarabağ Universitetində müəllimsən" sözləri ifaçını əsəbiləşdirib. Səbinə yazışmaları yayımlayaraq "Bu, yaşından, başından utanmayanı tanıyan var?" sözlərini yazıb. O daha sonra qadının əlaqə nömrəsini tapdığını bildirib.