Budanov: “Ukrayna böyük strategiya hazırlamalıdır...”

19 Oktyabr 2025 20:36 (UTC+04:00)

...Ukraynanın gələcək təhlükəsizliyinin əsas komponenti resurslara əsaslanan modeldən yüksək əlavə dəyərli iqtisadiyyata keçid olmalıdır.

SİA-nın məlumatına görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov deyib.

Budanov hesab edir ki, Ukraynanın gələcək təhlükəsizliyinin təməli yüksək əlavə dəyər gətirən iqtisadiyyatın xeyrinə resursa əsaslanan modeldən imtina, müasir, yüksək texnologiyalı müdafiə-sənaye kompleksinin inkişafı və aydın dövlət böyük strategiyasının formalaşdırılması olmalıdır. ...Ukrayna üçün böyük strategiya lazımdır ki, biz nəhayət, yeni dünyada yerimizi və rolumuzu müəyyən edə bilək və bu məqsədə doğru inamla irəliləyə bilək.

Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.

Budanov onu da vurğulayıb ki, Ukrayna cəmiyyəti yaxın illərdə “çəhrayı səmanın olmayacağını” başa düşməlidir.

...Bu, bizim daim müharibə şəraitində olacağımız anlamına gəlmir, lakin biz hər an, o cümlədən silahlı qüvvə ilə cavab verməyə hazır olmalıyıq.

Bunu da o qeyd edib.

Əli Babayev