Alzheimer xəstəliyindən niyə daha çox qadınlar əziyyət çəkirlər..?

20 Oktyabr 2025 00:56 (UTC+04:00)

...SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Daily Mail-in Los-Ancelesdəki Kaliforniya Universitetinin araşdırmasına istinadən verdiyi məlumata görə, qadınlar arasında Alzheimer xəstəliyinin daha çox yayılması cinsi xromosomlarla bağlı ola bilər.

Məlumata görə, mütəxəssislər X xromosomunda beynin immun hüceyrələrində iltihaba səbəb olan mikroqliya genini aşkar ediblər.

Kdm6a kimi tanınan bu gen qadınlarda iki X xromosomu olduğu üçün daha aktivdir.

Müəlliflərin fikrincə, iltihabın bu "ikiqat dozası" qadınları Alzheimer xəstəliyi və dağınıq skleroza qarşı daha həssas edir.

Siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, genin deaktiv edilməsi iltihabı azaldır və heyvanların, xüsusən də dişilərdə vəziyyəti yaxşılaşdırır.

Alimlər həmçinin diabetin müalicəsində istifadə edilən metforminin Kdm6a fəaliyyətini boğmaq və yeni müalicələr üçün əsas yarada biləcəyini aşkar ediblər.

Araşdırmanın rəhbəri Dr.Rhonda Voskuhl qeyd edib ki, kişi və qadınların beyin strukturunda olan fərqlər nevroloji xəstəliklərin gedişatına təsir edir.

Onun sözlərinə görə, tapıntılar qadınların niyə Alzheimer xəstəliyi, dağınıq skleroz və koqnitiv pozğunluqlarla daha çox qarşılaşdıqlarını izah edir və müalicə üsullarını hazırlayarkən cinsiyyətin nəzərə alınmasının vacibliyini vurğulayır.

Demans sağalmaz olaraq qalsa da, mütəxəssislər erkən diaqnozun xəstəliyin gedişatını yavaşlatmağa kömək etdiyini vurğulayırlar.

...Deyim ki, Alzheimer Cəmiyyətinin məlumatına görə, Alzheimer hallarının üçdə ikisi qadınlarda baş verir.

Nazlı Almuradova