Yollarda görünüş məsafəsi məhdudlaşacaq

19 Oktyabr 2025 16:24 (UTC+04:00)

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-si ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi dağlıq və dağətəyi rayonlarda görünüş məsafəsinin 500-1000metrədək məhdudlaşacağı gözlənilir.