Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonunun Alıcqışlaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. FHN-dən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.