Cəlilabadda yol qəzasında xəsarət alanların səhhəti məlum olub - YENİLƏNİB

19 Oktyabr 2025 13:38 (UTC+04:00)

Cəlilabadda yol qəzasında xəsarət alanların səhhəti məlum olub. SİA-ya TƏBİB-dən bildirilib ki, 19.10.2025-ci il tarixində saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər ( 2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.

Belə ki, 1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.