Ermənistanda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

19 Oktyabr 2025 00:22 (UTC+04:00)

Ermənistanda mikroavtobus qəzaya uğrayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İrəvan - Çarentsavan marşrutu ilə hərəkət edən “Qazel” markalı mikroavtobus “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Nəticədə 10 nəfər yaralanıb.

Polisdən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar Çarentsavan Tibb Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır.