ŞKTC lideri Azərbaycanı təbrik edib

18 Oktyabr 2025 21:08 (UTC+04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Şimali Kipr liderinin şənbə günü sosial şəbəkədəki paylaşımında deyilir: “Dost Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm. Əziz qardaşım Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına Türk Kipr xalqının sevgisini, salamlarını və təbriklərini çatdırıram”.