Banqladeşdə aeroportda yanğın səbəbindən uçuşlar dayandırılıb

18 Oktyabr 2025 17:05 (UTC+04:00)

Bu gün Dəkkə şəhərindəki (Banqladeş) Həzrət Şahcəlal hava limanında baş vermiş böyük yanğın hakimiyyəti uçuşları dayandırmağa məcbur edib. SİA-nın verdiyi məlumata görə, bu barədə yerli KİV-lər bildirib.

Hadisə saat 14.30 radələrində baş verib, hava limanında idxal mallarının saxlanıldığı yük terminalı alovlanıb.

Hazırda yanğın nəzarət altına alınıb.