Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib. SİA-nın AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Yığma oktyabrın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.
Yığmaya ümumilikdə 18 futbolçu dəvət alıb.
Nr. Ad / Soyad Klub
1 Aydan Abdullayeva Sabah
2 İradə Əsədli Şəfa
3 Aylin Quluzadə Təhsil 8 İOEUGİM
4 Məryəm Səmədli Sabah
5 Aysu Əsədova Sabah
6 Aylin Kərimova Sabah
7 Ayan Abdiyeva Liman
8 Şəhanə Mirzəliyeva Liman
9 Suel Polikarpova Neftçi
10 Sara Səlimova Neftçi
11 Naidə Məmmədova Dirçəliş
12 Xədicə Rəhimova Neftçi
13 Mehri Məmmədzadə Baku Juniors
14 Fatimə Kərimli Sabah
15 Tərgül Qəniyeva Sabah
16 Yasmin Bəbirova Təhsil 8 İOEUGİM
17 Zəhra İsmayılova Şəfa
18 Aylin Azadova Sabah