"Air China" aviaşirkətinin təyyarəsi Şanxayda təcili eniş edib

18 Oktyabr 2025 16:04 (UTC+04:00)

Çinin "Air China" aviaşirkətinin təyyarəsi bortunda litium batareyasının alışması səbəbindən Şanxayda təcili eniş edib. SİA-nın verdiyi məlumata görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Xançjou-İnçxon reysini yerinə yetirən təyyarədə baqaj rəfi qəfildən alışıb.

Sərnişinin əl yükündə saxlanılan litium batareyası öz-özünə alışıb.