Voleybol üzrə Azərbaycanın Yüksək Liqalarında II turun proqramı açıqlanıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.
Yüksək Liqa
Qadınlar
II tur
20 oktyabr
16:00. "Azərreyl" – "DH Volley"
AVF-nin idman zalı.
21 oktyabr
16:00. "Murov Az Terminal" – "Gəncə"
"Murov Az Terminal" klubunun idman zalı.
23 oktyabr
17:00. "Turan" – "Gənclər"
AVF-nin idman zalı.
Kişilər
21 oktyabr
16:00. "Ordu" – "Xilasedici"
Fövqaladə Hallar Nazirliyinin idman zalı.
24 oktyabr
16:00. "Neftçi" – "Murov Az Terminal"
Fövqaladə Hallar Nazirliyinin idman zalı.
Qeyd edək ki, qadınlarda "Abşeron" – UNEC, kişilərdə isə "Azərreyl" – "Gənclər" qarşılaşmaları AVF-yə ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.