Ermənistan müxalifəti hakimiyyəti ittiham edib

18 Oktyabr 2025 14:20 (UTC+04:00)

Ermənistanda seçkiqabağı kampaniya başlayanadək siyasi qüvvələrin təbliğat aparmasına məhdudiyyət qoyulmur. SİA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan müxalifətin hakimiyyəti inzibati resurslardan istifadə etməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cəmiyyətdə seçki kampaniyası ilə bağlı yanlış təsəvvür mövcuddur: "Seçkiqabağı təbliğat məhz məhdudiyyətlər dövrüdür. Kampaniyanın rəsmi qaydada başlanmasına qədər siyasi qüvvələr və ayrı-ayrı fiqurlar 5 il ərzində sərbəst şəkildə təbliğat apara bilərlər. Bu dövrdə siyasi qüvvələr üçün yeganə məhdudiyyət maliyyələşdirmənin qanuniliyini, şəffaflığını təmin etməkdir", - o bildirib.

MSK sədri qeyd edib ki, seçkiqabağı kampaniya dövründə siyasi qüvvələrin yol verdiyi pozuntular nəticəsiz qalmayacaq.

Daha əvvəl MSK Vaqarşapat Ağsaqqallar Şurasına seçkilərdə səkkiz siyasi qüvvənin iştirak edəcəyini bildirib.

Növbədənkənar seçkilər bu il noyabrın 16-da keçiriləcək.