İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında irəliləyişə ümid edirik

18 Oktyabr 2025 14:12 (UTC+04:00)

Ermənistan yaxın həftələr və aylarda Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında, eləcə də sərhədin açılmasında irəliləyişə ümid edir. SİA-nın verdiyi məlumata xəbər verdiyi kimi, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Deutsche Welle"yə müsahibəsində bildirib.

"Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqlarımız var: liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar... Hesab edirəm ki, yaxın həftələr və aylarda biz bu istiqamətdə olduqca hiss olunan irəliləyişə nail olacağıq", - deyə o bildirib.