Mərakeşdə qəzaya düşən portuqaliyalı motosikletçi ölüb

18 Oktyabr 2025 10:07 (UTC+04:00)

Mərakeşdə keçirilən ralli zamanı qəzaya düşən portuqaliyalı motosikletçi Jorje Brandau ölüb. SİA-nın "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, hadisə Erfud şəhəri ətrafında halqavarı trasda baş verib.

İdmançı rallinin sonuncu, V mərhələsində finiş xəttinə iki kilometr qalmış qəzaya düşüb. O, tibbi helikopterlə tez bir zamanda xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.