Kolumbiyada etirazçılar ABŞ səfirliyinə hücum ediblər

18 Oktyabr 2025 09:26 (UTC+04:00)

Kolumbiyanın paytaxtı Boqotada etirazçılar ABŞ səfirliyinə hücum edərək, 4 polisi oxlardan, partlayıcı və yandırıcı vasitələrdən istifadə edərək yaralayıblar. SİA-nın verdiyi məkumata görə, bu haqda Kolumbiya prezidenti Qustavo Petro öz “X” hesabında məlumat verib.

"Mən ABŞ-ın Boqotadakı səfirliyi ətrafında maksimum ehtiyatlı olmağı əmr etdim. Təəssüf ki, blokadanın aradan qaldırılması üçün Xalqlar Konqresi ilə razılığa gəldikdən sonra daha radikal bir qrup səfirliyi qoruyan polisə hücum etdi. Bir neçə gənc oxlarla yaralandı. Səfirlik söz verdiyim kimi mühafizə edildi”, - o yazıb.