...Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Rusiyanın yaz və yay aylarında strateji əraziləri ələ keçirmək planları həyata keçirilmir, ona görə də düşmən hökuməti onları daim nizamlayır və təxirə salır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edir ki, Ukrayna qüvvələri düşmənin yaz və yay hücum kampaniyasını dayandırıb.
SİA-nın məlumatına görə, bu arada, Ukrayna Silahlı Qüvvələri işğalçıların say və silah-sursat baxımından üstünlüklərini bərabərləşdirmək üçün asimmetrik hərəkətlər edərək, Rusiyanın planlarını pozmağa davam edir.
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarında hansı uğurlara imza atıb?
Cəbhənin müəyyən sektorlarında Ukrayna qüvvələri əks-hücum əməliyyatı keçirir.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın mövqelərinə uğurla hücum edir və Ukrayna ərazisi üzərində nəzarəti bərpa edir. Ukrayna əsgərləri işğalçıları Sumı vilayətindən çıxarır.
Donetsk vilayətinin Pokrovski rayonunda intensiv əməliyyatlar davam edir.
...Zaporijye vilayətində əraziyə nəzarətin bərpasında müəyyən uğurlar əldə olunub. Cəbhənin digər hissələri də var ki, orada düşmən heç bir uğur qazanmayıb.
Baş Qərargah əlavə edir.
Qeyd olunur ki, 2025-ci ilin əvvəlinə Rusiyanın yanacaq-energetika və hərbi-sənaye komplekslərindəki 45 obyekt artıq zədələnib.
Nəticədə Rusiya ümumi yanacaq və sürtkü materialları istehsalının 25 faizdən çoxunu itirib. Təcavüzkar ölkə neft məhsullarının ixracının azaldılmasından gündəlik 46 milyon dollardan çox itirir.
Qərargah qeyd edir ki, düşmənin arxa resurslarının məhv edilməsi onun aktiv döyüş əməliyyatları aparmaq qabiliyyətinə xeyli mane olur.
Əli Babayev