ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ evdə keçiriləcək görüş öncəsi Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacaq.
SİA-nın məlumatına görə, xəbəri Ağ ev təsdiqləyib. Ukrayna Prezidentinin Ağ evə səfəri oktyabrın 17-si baş tutacaq. Telefon danışığının isə görüşdən bir gün əvvəl gerçəkləşəcəyi deyilir.