"Milan" sponsoru ilə müqaviləni yenilədi

16 Oktyabr 2025 17:06 (UTC+04:00)

"Milan" əsas sponsoru "Emirates" aviaşirkəti ilə 2007-ci ildən başlayan əməkdaşlığın uzadıldığını açıqlayıb. SİA xəbər verir ki, aviaşirkət “rossonyerlər”in əsas sponsoru və rəsmi aviasiya tərəfdaşı kimi fəaliyyətini davam etdirəcək.

Müqaviləyə əsasən, sabit baza məbləği 20% artırılacaq və bu, “Milan” klubuna təxminən 35 milyon avro qazandıracaq.

Bundan əlavə, “Emirates” əsas komandanın, “Milan Futuro”nun, “Primavera”nın və bütün kişi gənclər akademiyasının oyun formalarının əsas sponsoru olacaq.