Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün oktyabrın 25-də diaqnostik qiymətləndirilmə həyata keçiriləcək. Bu barədə SİA-ya Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanların keçiriləcəyi tarix və məkan barədə məlumatlar iştirakçılara göndərilib.