Tovuzda qadın qətlə yetirilib

16 Oktyabr 2025 13:13 (UTC+04:00)

Tovuz rayonunda qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qız bıçaqlanıb. Qadın hadisə yerində ölüb.

Qətldə M.Hacızadənin həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.