"Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi" - NAZİR DANIŞDI

16 Oktyabr 2025 12:14 (UTC+04:00)

"Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi". SİA-nın verdiyi məlumata görə, bunu mədəniyyət naziri Adil Kərimli Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.

Nazir Xalq artistinin mədəni irsinin zamana sığmaz dərəcədə böyük və zəngin olduğunu bildirib: "Azərbaycan musiqisinin və mədəniyyətinin dünyada tanıdılması və sevilməsində xidmətləri əvəzsizdir. Ramiz Quliyevin yetişdirdiyi tələbələrin onun mədəni irsini yaşadacağına inamını ifadə edib.

"O, ustad sənətkar, ustad pedaqoq dedikdə ilk ağla gələn şəxslərdən idi. Əminəm ki, bundan sonra da belə olacaq, məhz bu şəkildə xatırlanacaq".

Mədəniyyət naziri Xalq artisti Ramiz Quliyevin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinə də toxunub.