"Ramiz Quliyevi övladı, dostu, həm də tələbəsi kimi yola salıram" - Əməkdar artist

16 Oktyabr 2025 11:56 (UTC+04:00)

Bu gün Ramiz Quliyevi həm övladı, həm dostu, həm də tələbəsi kimi yola salıram. SİA xəbər verir ki, bunu Əməkdar artist Əyyub Quliyev Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.

Əyyub Quliyev Xalq artistinin xəstəliklə mübarizə aparmasına toxunub: "Onu itirmək Azərbaycan xalqı üçün böyük itkidir. Biz ümid edirdik ki, xəstəliklə mübarizədən qalib çıxacaq, amma bu baş vermədi".

Ə. Quliyev atasının səhhətinə göstərilən yüksək diqqətə görə, Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkür edib.