Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

16 Oktyabr 2025 10:46 (UTC+04:00)

Azərbaycanın Əməkdar artisti Rəşad Bəxtiyarov vəfat edib. SİA xəbər verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb.

Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub.

O, "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib. R.Bəxtiyarov dörd dəfə Prezident mükafatına layiq görülüb.