Ramiz Quliyev peşəkar ifası ilə Azərbaycan milli musiqisini bütün dünyada təbliğ edib. SİA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi incəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.
İ.Babayev Xalq artistinin Azərbaycan musiqisinin təbliğində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.
"O öz peşəkar ifası ilə Azərbaycan milli musiqisini bütün dünyada təbliğ edib. Çox yüksək pedaqoji qabiliyyətə malik sənətkar yüzlərlə tələbə yetişdirib. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun zəngin irsini daim yaşadacaqlar", - o əlavə edib.