Qubada “Bir ağac – min nəfəs” şüarı ilə 600-dən çox ting əkilib

16 Oktyabr 2025 11:14 (UTC+04:00)

Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Bir ağac – min nəfəs” şüarı ilə keçirilən genişmiqyaslı ekoloji aksiya çərçivəsində 600-dən çox ağac əkilib. Kompleksdən SİA-nın bölgə müxbirinə bildirilib ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin dəstəyi ilə keçirilən ekoloji aksiya zamanı kompleksin ətrafında və rayonun müxtəlif ərazilərində yerli şəraitə uyğun ağac tingləri əkilib.

On gün davam edən aksiyada Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Çıraqqala–Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Xucbala bələdiyyəsinin əməkdaşları və könüllülər iştirak ediblər.

Aksiyanın əsas məqsədi təbiətin mühafizəsinə töhfə verməkdən, həm də cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına xidmət etməkdən ibarətdir.