Baş redaktoru Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub. Bu barədə SİA-ya VK-dan məlumat verilib.
Bildirilib ki, jurnalın yeni sayında tanınmış alimlərin, vəkillərin, praktik hüquqşünasların, eləcə də doktorant və tələbələrin müəllifi olduqları, hüququn müxtəlif sahələri və istiqamətləri üzrə aktual mövzularda ümumilikdə 22 elmi məqalə redaksiya heyətinin və kənar rəyçilərin müsbət rəyindən keçərək nəşrə qəbul edilərək dərc olunub.
Qeyd edək ki, jurnalda dərc olunan hər bir elmi məqalə antiplagiat yoxlamasından keçirilib və DOI indeksi ilə açar sözlər, o cümlədən Azərbaycan, ingilis və rus dillərində geniş xülasələrlə nəşr edilib. Bundan başqa, jurnalda Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumunun qərarları və VK-nın 2025-ci ilin iyun-avqust ayları üzrə müvafiq xəbərləri əksini tapıb.
Jurnalın elektron variantı veb-saytda yerləşdirilib.