Beynəlxalq Muğam Mərkəzində tarzən, xalq artisti Ramiz Quliyev ilə vida mərasimi başlayıb. SİA-nın verdiyi məlumata görə, xalq artistinin vida mərasimində ailə üzvləri, mədəniyyət xadimləri, millət vəkilləri və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, R.Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq.