“Young Learners” (azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir. İmtahan dekabrın 13-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, qeydiyyat oktyabrın 29-dək aparılır.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
Ətraflı məlumat üçün [email protected]ünvanına yazmaq olar.