Bu gün kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünə start veriləcək. SİA xəbər verir ki, I turda “Neftçi” klubu “Ordu”, “Murov Az Terminal” isə “Azərreyl” komandası ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq, saat 15:00 və 17:00-da start götürəcək.
Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.