"Abşeron Lions" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində mübarizəyə başlayacaq. SİA xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Estoniyanın "Kalev" klubunu qəbul edəcək.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün Azərbaycanın digər təmsilçisi "Neftçi" Avropa Kubokuna məğlubiyyətlə başlayıb. Komanda I qrupda Polşanın "Trefl" klubuna 63:92 hesabı ilə uduzub.