Yasamalda iki nəfəri güllələyən şəxsin axtarışları davam edir

16 Oktyabr 2025 10:30 (UTC+04:00)

Bakının Yasamal rayonu ərazisində gecə saatlarında silahlı insident baş verib. SİA xəbər verir ki, hadisə nəticəsində iki nəfər güllələlənib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.