Dövlət şirkətlərinin zəmanətlə cəlb edilmiş borcu açıqlanıb

16 Oktyabr 2025 09:57 (UTC+04:00)

2025-ci il 1 sentyabr tarixinə dövlət şirkətlərinin Azərbaycan Respublikasının dövlət zəmanəti ilətəmin edilmiş borcları 10 milyard 727,1 milyon manat və ÜDM-in 8,3 faizini təşkil edib. SİA-nın xəbərinə görə, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Məlumata görə, qeyd olunan məbləğin 87,6 faizi xarici valyutada (5526,5 milyon ABŞ dolları), 12,4 faizi isə milli valyutada (1332,1 milyon manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Azərbaycan Respublikasının dövlət zəmanəti ilətəmin edilmiş borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası adından verilmiş dövlət zəmanətləri əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Uzunmüddətli mitiqasiya tədbiri olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı iləyaradılmış “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxslərin idarəetməsin əverilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin idarəolunması sisteminin təkmilləşdirilərək korporativ idarəetməstandartlarının tətbiq edilməsi, gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır.