Bakıda avtomobilin vurduğu piyada ölüb

16 Oktyabr 2025 09:13 (UTC+04:00)

İki gün öncə avtomobilin vurduğu piyada ölüb. SİA xəbər verir ki, hadisə paytaxt Bakının Nizami rayonunda baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi "KiA Sorento" markalı avtomobillə piyada 1968-ci il təvəllüdlü Gülər Nuralışını vurub.

Piyada xəstəxanaya çatdırılsa da aldığı xəsarətlərdən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı ə cinayət işi başlanılıb.