Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 4 250 ABŞ dollarını ötərək, tarixi maksimumu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında (Bakı vaxtı ilə saat 08:38-ə olan məlumata görə) qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,22% artaraq 4 253 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,91% artaraq 52,36 ABŞ dolları olub.