Bu, müharibənin sonunu yaxınlaşdıra bilər - Zelenski

16 Oktyabr 2025 08:04 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampla oktyabrın 17-nə planlaşdırılan görüş çoxməzmunlu olacaq və Ukraynadakı müharibənin sonunu yaxınlaşdıra bilər. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna Trampla gözlənilən görüşün hərbi və iqtisadi aspektlərini artıq hazırlayıb: “Bu, həqiqətən də müharibənin sonunu yaxınlaşdıra bilər. Birləşmiş Ştatlar belə qlobal təsir potensialına malikdir və biz dünyada başqalarının bu səydə bizim tərəfimizdə olmasını təmin etmək üçün hər şeyi edirik”.