Arda Turanın komandası ölkə dəyişir

16 Oktyabr 2025 05:58 (UTC+04:00)

Ukraynanın tanınmış futbol klublarından biri olan “Şaxtyor Donetsk” gələn mövsümdən etibarən Rusiya İkinci Liqasında çıxış edəcək. SİA xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilir. Məlumata görə, komanda artıq Rusiya Futbol Federasiyasına müraciət edərək, lazımi lisenziyalaşdırma prosesini tamamlayıb və II Liqada çıxış etmək üçün təsdiq alıb.

Hazırda “Şaxtyor Donetsk”in baş məşqçisi Türkiyə futbolunun tanınmış siması Arda Turandır. Bildirilir ki, “Şaxtyor Donetsk” Rusiya İkinci Liqasının B qrupunda mübarizə aparacaq və ev oyunlarını Krım ərazisində keçirəcək. Klubun Rusiya Kubokunda iştirak etməyəcəyi də açıqlanıb. Bu qərar futbol ictimaiyyətində böyük rezonans doğurub və geniş müzakirələrə səbəb olub. Klub rəhbərliyi bu addımı atarkən FİFA və UEFA-nın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları nəzərə aldıqlarını bildirib. Qeyd olunub ki, “Şaxtyor” Avropa turnirlərindən uzaqlaşdırılmamaq üçün yalnız liqada iştirak etməyə qərar verib və beynəlxalq turnirlərə qatılmayacaq.