Türkiyədə Kütahya səfərindən qayıdarkən qida zəhərlənməsi şübhəsi ilə 17 lisey şagirdi xəstəxanaya aparılıb. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğla vilayətindən Əskişəhərə səfər edən şagirdlər Kütahyada yemək yedikdən sonra özlərini pis hiss ediblər. Onlarda qısa müddət ərzində ürəkbulanma və qusma əlamətləri müşahidə olunub. Zəhərlənən şagirdlər Kütahya Şəhər Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu və müalicələrinin davam etdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.